AZ

Alman anlitik: Tramp yox, Amerika dəyişib

BAKI, 2 may. TELEQRAF

Avropada Donald Trampın yeni administrasiyası (ABŞ) ilə hazırkı mərhələdə normal əməkdaşlığın qeyri-mümkünlüyünə dair fikir var.

Teleqraf xəbər verir ki, bu alman analitik Yana Pulerin deyib.

“Hesab edirəm ki, Avropada Amerika Tramp administrasiyası ilə əməkdaşlıq etməyin qeyri-mümkün olduğuna dair çox güclü bir fikir və bu, getdikcə qətiləşir. ABŞ Trampın ilk hakimiyyəti dövründəkindən çox fərqlənir”, - ekspert bildirib.

Pulerin qeyd edib ki, əvvəllər Avropa ölkələri Amerika hərbçilərinin öz ərazilərində olmasına etibarlı təhlükəsizlik zəmanəti kimi baxırdılarsa, indi bu anlayış dəyişib.

Analitik Trampın yox, onun təmsil olunduğu Respublikaçılar Partiyasının dəyişdiyini vurğulayıb:

“Məncə, Tramp ilk prezidentliyi dövründə hazırlıqsız idi və o vaxt ətrafındakı güclü fiqurlar tərəfindən cilovlanırdı. İlk dəfə hakimiyyətə gələndə Respublikaçılar Partiyası hələ də ənənəvi respublikaçıların xarici siyasət anlayışına malik idi. Bu o deməkdir ki, Amerika dəyişib, indi Trampın ətrafındakıların başqa planları var. Yəni Tramp artıq birinci dövründə olduğu kimi məhdudlaşdırılmır, praktiki olaraq sərbəstdir və bu, ona öz siyasətini həyata keçirmək imkanı verir”.

Seçilən
0
teleqraf.com

1Mənbələr