AZ

Universitet tələbəsinin sirli ölümü

Kayseridə itkin düşən universitet tələbəsi tapança ilə vurulmuş vəziyyətdə tapılıb.

News24.az xəbər verir ki, iki gündür ondan xəbər ala bilməyən Burak İsmailoğullarının yaxınları vəziyyəti 112-yə bildiriblər.

Riyaziyyat fakültəsinin 4-cü kurs tələbəsi İsmailoğullarının telefonundan siqnal gəlib. Bu çərçivədə bölgəyə AFAD, JAK və İHH qrupları sövq edilib.

Komandaların apardığı işlər nəticəsində İsmailoğulları İncesu rayonunda boş sahədə güllə yarası ilə ölü tapılıb.

Günel Məlikzadə


Seçilən
0
news24.az

1Mənbələr