"Qalatasaray"ın futbolçusu Qabriel Sara ilə "Aston Villa" maraqlanır.
Offsideplus.az xəbər verir ki, Birmingem klubu bu yay braziliyalı yarımmüdafiəçini transfer etməyə çalışacaq. Bu keçidin dəyəri 40 milyon avro olacaq.
Bu barədə "Caught Offside" portalı məlumat yayıb.
Sara ötən ilin yayında "Qalatasaray"a transfer olunub. O, "sarı-qırmızılar"ın tarixində ən bahalı transferdir. İstanbul klubu onun üçün "Norviç"ə 18 milyon avro ödəyib.