AZ

Beynəlxalq təşkilatdan Böyük Britaniyaya çağırış

"Save the Children's" (Uşaqların Xilası) beynəlxalq humanitar təşkilatı Böyük Britaniyadan Qəzzaya humanitar yardımın iki aylıq blokadasına görə İsrailə silah satışını dayandırmağa, məsul şəxsləri məsuliyyətə cəlb etməyə və işğala son qoymaq üçün konkret addımlar atmağa çağırıb.

İsrailin humanitar yardımı əngəlləməsinin beynəlxalq hüququn pozulması olduğuna diqqət çəkən bəyanatda, "Humanitar yardımların ölkəyə girişini əngəlləmək qərarı dərhal ləğv edilməli və humanitar yardımların Qəzzaya daxil olmasına icazə verilməlidir. Narahatlıq ifadələri, hərəkətlə izlənilmədikcə mənasızdır"  qiymətləndirməsi aparılıb.

İngiltərə hökumətinə də ünvanlanan bəyanatda deyilir: 

“İngiltərə hökuməti əməkdaşlığı dayandırmalı və İsrailə bütün silah satışlarını dərhal dayandırmalı, İsrailin cəzasız qalmasına son qoymalı, bütün cinayətkarları məsuliyyətə cəlb etməli və İsrailin işğalına son qoymaq üçün addımlar atmalıdır” ifadələrdən istifadə edilmişdir.

Seçilən
0
cebheinfo.az

1Mənbələr