AZ

Trampın ad günü belə qeyd olunacaq

Ordu iyun ayında prezident Donald Trampın doğum günündə keçiriləcək mümkün hərbi parad üçün ən azı 6600 əsgər göndərəcək.

News24.az Associated Press-ə istinadən xəbər verir ki, ad günü üçün azı 150 texnika, 50 helikopter, 7 marş orkestrası və ola bilsin ki, bir neçə min mülki şəxs qatılacaq.

AP-nin əldə etdiyi planlaşdırma sənədləri 29 və 30 aprel tarixlərinə aiddir və ictimaiyyətə açıqlanmayıb. Sənədlər ordunun Milli Mall-da çoxdan planlaşdırılan 250-ci ildönümünü qeyd etmək üçün son planını və yeni əlavəni əks etdirir.

Onu da qeyd edək ki, hərbçilərin yubileyi iyunun 14-də Trampın 79-cu doğum günü ilə üst-üstə düşür.

Günel Məlikzadə


Seçilən
0
news24.az

1Mənbələr