Bakı. Trend:
Rəqəmsallaşmanın sürətlə yayıldığı bir dövrdə kiberhücumlardanhətta yüksək inkişaf etmiş sənaye dövlətləri beləsığortalanmayıb.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentinXarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqətikomissiyasının “Azərbaycanın media resurslarına kiberhücumlar”mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, kiberhücumlara həm hüquqi, həm dəfiziki şəxslər məruz qala bilər:
"Bir neçə il əvvəl Almaniya parlamenti Bundestaqın, eləcə dəonun ayrı-ayrı üzvlərinə müəyyən vaxtlarda olan hücumları və onunağır texniki və hüquqi nəticələrini qeyd etmək istərdim. Şəxsintexniki vasitələrinə olan kiberhücumlar, yaddaşın oğurlanması və yaşəxsi məlumatların saxtalaşdırılması ilə həmin ictimai vəzifəsiolan şəxs çətinliklərlə üzləşir. Belə kiberhücumların qarşısınınalınması, nəticələrdən qorunmaq üçün mövcud hüquqi və texnikiimkanlardan istifadə çox vacibdir. Yəni mövcud texniki və hüquqiməqamlardan yerində və vaxtında istifadə digər problemlərdənyayınmaq üçün önəmlidir", - o bildirib.
Deputat komissiyadan mövcud hüquqi alətlər və texniki imkanlarbarədə iştirakçılar və ictimaiyyətin məlumatlandırılmasını xahişedib.