"Barselona" mayın 11-də Madrid "Real"ına qarşı keçiriləcək "El-Klassiko"ya xüsusi forma ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, kataloniyalı futbolçularının geyimlərinin üzərində reper Cactus Jack-in adı yazılacaq.
Cactus Jack-in əsl adı II Jak Bermen Uebsterdir. Kanadalı reper daha çox Trevis Skott ləqəbi ilə tanınır.
Xüsusi forma "Barselona" və onun sponsoru "Sportify" arasındakı əməkdaşlıq əsasında hazırlanacaq.
Musiqi striminq xidməti göstərən və baş ofisi İsveçin paytaxtı Stokholmda yerləşən "Sportify"ın təşəbbüsü ilə bundan öncə "Barselona" üzərində Coldplay, KAROL G, The Rolling Stones, ROSALÍA və Drake yazılmış formalarla meydançaya çıxıb.