AZ

Hazırkı dövrün tələbləri gəncləri rəqəmsallaşma və süni intellekt kimi sahələrdə biliklərini artırmağa təşviq edir - Azər Əliyev

Bakı. Trend:

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı,Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan İnnovasiyaMərkəzinin tərəfdaşlığı ilə Bakıda ilk dəfə genişmiqyaslı “Gənclərüçün Süni İntellekt Forumu” keçirilir. Tədbirin əsas məqsədigənclərin müasir texnologiyalar, xüsusilə də süni intellektsahəsində bilik və bacarıqlarını artırmaq, onların əmək bazarınadaha hazırlıqlı çıxışını təmin etməkdir.

Trend xəbərverir ki, bu sözləri GİKM-in Baş direktoru Azər Əliyevjurnalistlərə açıqlamasında bildirib.

O tədbirin əhəmiyyətini vurğulayaraq deyib ki, bu forum gənclərüçün ilk dəfə belə kütləvi miqyasda keçirilən bir inkişafplatformasıdır: "Hazırkı dövrün tələbləri gəncləri müasir trendlərəuyğunlaşmağa, rəqəmsallaşma və süni intellekt kimi sahələrdəbiliklərini artırmağa səsləyir. Prezident İlham Əliyevin rəhbərliyiilə ölkəmizdə rəqəmsal inkişaf və süni intellektin təşviqiistiqamətində mühüm strategiyalar həyata keçirilir və biz də butəşəbbüslərə dəstək olaraq gənclərin bu bacarıqları mənimsəməsiüçün mübarizə aparırıq".

O bildirib ki, tədbirdə 150-dən çox gənc iştirak edir. Forumdadövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə paneldiskussiyalar təşkil olunub. Spikerlər süni intellektin müxtəlifsahələrdə tətbiqi, karyera imkanları və bu sahədə gələcəkperspektivlər barədə dəyərli məlumatlar paylaşırlar.

Azər Əliyev forumun həm maarifləndirici, həm dəistiqamətləndirici xarakter daşıdığını qeyd edərək, bu cürtədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıb.

Məqalədə:
Seçilən
0
2
az.trend.az

3Mənbələr