AZ

Texnologiyanın sürətli inkişafı insan zəka və fəaliyyətinin əhəmiyyətini daha da artırır - Deputat

Bakı. Trend:

Müasir dövrün reallıqları göstərir ki, insan fəaliyyəti və zəkapotensialı texnologiyanın sürətli inkişafı fonunda daha daaktuallaşır.

Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin deputatı Tahir Mirkişili bugün Bakıda keçirilən “Gənclərin Süni İntellekt Forumu”nda çıxışızamanı deyib.

O bildirib ki, texnologiyasız insanın daha aktiv və məhsuldarolması artıq mümkün deyil. Bu baxımdan süni intellektin inkişafı vəonun cəmiyyətə inteqrasiyası zəruri bir mərhələdir:

"İnsan daha çox işləməli və daha çox düşünməlidir. Təəssüf ki,texnologiyasız, xüsusilə süni intellektsiz, bu prosesin effektivşəkildə həyata keçirilməsi çətindir. Gənclər müasir dövrünçağırışlarına uyğun olaraq bu sahədə biliklərini artırmalı,rəqəmsal savadlılıqla bərabər intellektual inkişaflarını da davametdirməlidirlər”.

Deputat bildirib ki, süni intellekt yalnız texniki və riyazisahələrdə deyil, humanitar istiqamətlərdə də ciddi dönüşləryaradır: “İnsanların daha çox düşünməsinə səbəb olan, təhlil vəyaradıcı yanaşma tələb edən sahələrdə – xüsusilə humanitar elm vəincəsənətdə – süni intellekt artıq ekspertlərin, tədqiqatçıların vətərcüməçilərin işini asanlaşdıran bir alət kimi çıxış edir. Bununlabelə, bəzi peşələr getdikcə avtomatlaşa və süni intellektvasitəsilə əvəzlənə bilər. Lakin süni intellekt elm adamını, alimitamamilə əvəz edə bilməz. Çünki alim yalnız mövcud məlumatları emaledən deyil, həm də yeni ideyalar yaradan, mənəvi və fəlsəfidəyərləri formalaşdıran insandır. Bu, texnologiyanın hüdudlarınıaşan bir məqamdır”.

Onun sözlərinə görə, gələcəkdə əmək bazarında rəqabətə davamlıolmaq üçün texnologiyanın imkanlarını mənimsəməklə yanaşı, insanintellektinin sərhədsiz gücünü də qoruyub saxlamaq əsasşərtdir.

Məqalədə:
Seçilən
0
2
az.trend.az

3Mənbələr