BAKI, 2 may. TELEQRAF
"Qanunvericiliyə müstəqil media orqanlarının kiberhücumlardan qorunması üçün dəyişiklik olunması təklif olunur".
Teleqraf xəbər verir ki, bunu parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyasının sədri Ramid Namazov Milli Məclisin “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində deyib.
O bildirib ki, dövlət media orqanları bunu edirlər, amma müstəqil subyektlərdə də mexanizm olmalıdır:
"Azərbaycanda fəaliyyət göstərən media qurumları kibertəhlükəsizlik sahəsində Medianın İnkişafı Agentliyinin xətti ilə təlimlərə cəlb olunsun. Ən adi hərəkətdən problemlər ola bilər. Kibertəhlükəsizlik sahəsi üzrə qaydalarlara onlar tanış edilməlidirlər. Qanunvericiliyə müstəqil media orqanlarının kiberhücumlardan qorunması üçün dəyişiklik etmək olar. Müstəqil media orqanlarının qorunması qanunvericilik sahəsi ilə təmin edilməlidir. Onlar da dövlətin inkişafında əsas yeri tutur".