BAKI, 2 may. TELEQRAF
“Bu gün xəstəxanaya getdim. Həkim sınan sol qoluma gips qoymağa icazə vermir, onu əvəz edən sarğıdan istifadə edirəm”.
Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova səhhəti haqqında danışarkən deyib.
“İnsult keçirdikdən sonra sol qolum hərəkətini itirdi. Belə halda həkim fizioterapiyaya da icazə vermir. Həmin qolum həm də sınıb. Müalicələrim ev şəraitində davam edir. İnşallah, yavaş-yavaş sağalacam”.
Qeyd edək ki, F.Mahmudova evində yıxılıb və qolu sınıb.
Xatırladaq ki, bir müddət əvvəl insult keçirən aktrisa İstanbul NS Klinikasında müalicə alıb.