AZ

ABŞ-yə satılan iPhone-ların əksəriyyəti artıq Çin istehsalı deyil

ABŞ-nin texnologiya nəhəngi Apple, iPhone və digər məhsullarının istehsalını böyük ölçüdə Çindən kənarda ABŞ bazarına köçürdüyünü açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Şirkətin baş icraçı direktoru Tim Kuk yaxın aylarda ABŞ-də satılacaq iPhone-ların əksəriyyətinin Hindistanda istehsal ediləcəyini açıqlayıb.

Apple, iPad və Apple Watch kimi digər məhsulların əsasən Vyetnamda istehsal ediləcəyini söylədi.

Tim Kuk investorlara bildirib ki, ABŞ-a idxal olunan mallara tətbiq edilən tariflər şirkətə bu rübdə təxminən 900 milyon dollara başa gələ bilər.

Seçilən
0
operativmm.az

1Mənbələr