Bakı. Trend:
Fələstinə humanitar yardım aparmaq məqsədilə Qəzzaya yoladüşməsi planlaşdırılan “Azadlıq Flotiliyası Koalisiyasına” məxsusgəmi beynəlxalq sular daxilində, Malta sahilləri yaxınlığındadronların hücumuna məruz qalıb.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər qeyri-hökumət təşkilatına istinadənməlumat yayıb.
“Azadlıq Flotiliya Koalisiyası” insidentin bu gün gecəsaatlarında baş verdiyini bildirib və dərhal SOS siqnalıverildiyini açıqlayıb. Koalisiya hücumun arxasında İsrailindayandığını iddia edir.
Təşkilatın məlumatına görə, gəmidə iqlim fəalı Qreta Tunberq dədaxil olmaqla bir sıra fəallar yer almalı idi. Məqsəd İsrailinQəzzaya qarşı tətbiq etdiyi blokadanı yarmaq və bölgəyə humanitardəhliz açmaq olub.
Malta hökuməti bütün heyət üzvlərinin sağ olduğunu, gəmidəkiyanğının isə gecə saatlarında nəzarət altına alındığını bildirib.İsrail ordusu isə insidentlə bağlı xəbərləri araşdırdıqlarını bəyanediblər.