AZ

Kiberhücumun Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilməsi müttəfiqlik əlaqələrinin ruhuna ziddir - Komissiya sədri

Bakı. Trend:

Kiberhücumun Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindənedilməsi müttəfiqlik əlaqələrinin ruhuna ziddir.

Trend xəbər verir ki, bunu Milli MəclisininXarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqətikomissiyasının sədri Ramid Namazov Komissiyanın “Azərbaycanın mediaresurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimaimüzakirəsində çıxışı zamanı deyib.

"Texniki cəhətdən peşəkar səviyyədə həyata keçirilənkiberhücumun Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindənedilməsi təbii ki, təəssüf hissi doğurur. Bu, həmçinin AzərbaycanRespublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlikqarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin konkret müddəalarına vəəlaqələrimizin ruhuna zidd olan bir haldır", - o bildirib.

Qeyd edək ki, daha öncə Ramid Namazov Azərbaycanın mediaqurumlarına qarşı Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni“Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qruputərəfindən həyata keçirildiyini bildirib.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr