
Mayın 1-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində dövlət sərhədini pozaraq Azərbaycana külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb.Sərhədçilərin qanuni tələblərinə tabe olmayan sərhəd pozucularına qarşı silah tətbiq edilib, nəticədə onlardan biri ölüb, digəri isə yaralanıb. Əməliyyat zamanı 33 kiloqram 75 qram marixuana, 2 ədəd GPS cihazı və 1 peyk telefonu ələ keçirilib.Saxlanılan şəxslərin İran vətəndaşları olduğu müəyyən edilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Diqqət Çəkənlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Çətinlik Yox, Qavrayış Var: Həyatı Yenidən Düşün!