AZ

Fernandeş Avropa Liqasının bombardirləri siyahısında irəlilədi

BAKI, 2 may. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubu UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda İspaniyada “Atletik Bilbao”nu 3:0 hesabı ilə darmadağın edib.

Teleqraf xəbər verir ki, “qırmızı şeytanlar”ın kapitanı Bruno Fernandeş matçda iki dəfə fərqlənərək, Avropa Liqası karyerasında 26 və 27-ci qollarını vurub.

Portuqaliyalı yarımmüdafiəçi hazırda bu göstəricidə Aleksandr Lakazett, Aritz Aduris və Romelu Lukaku ilə bərabərləşib. O, yalnız Ramadel Falkao (30) və Pyer-Emerik Obameyanqdan (34) geri qalır.

Qeyd edək ki, “Mançester Yunayted”lə “Atletik Bilbao” arasında cavab oyunu mayın 8-də İngiltərədə təşkil olunacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr