Pekin ABŞ prezidenti Donald Trampın tarifləri artırmasından və Çinin cavabından sonra artan ticarət gərginliyində Vaşinqtonun danışıqlar təklifini dəyərləndirdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Çin Ticarət Nazirliyindən verilən yazılı açıqlamada, ABŞ-nin yüksək rütbəli rəsmilərinin son vaxtlar Çinlə tarif məsələsində danışıqlara hazır olduqları mesajını verdiyi, son vaxtlar təşəbbüs göstərdikləri və bu mövzuda istəklərini müvafiq kanallar vasitəsilə çatdırdıqları bildirilib.
"ABŞ həqiqətən danışmaq istəyirsə, səmimiyyət göstərməli, yanlış tətbiqləri düzəltməyə və birtərəfli tarif artımlarını ləğv etməyə hazır olmalı və bu mövzuda hərəkətə keçməlidir", - açıqlamada deyilir.
Çinin açıqlamasının, bu ayın əvvəlində baş verən tarif hesablaşmasından sonra tərəflər arasında yumşalma və dialoqun gündəmə gələ biləcəyinə işarə olduğu şərh edilir.