Bakı. Trend:
Ekspertiza nəticəsində istər hücum zamanı istifadə ediləntexniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya iləəlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adlarıisə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyənedilib. Bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirənmütəşəkkil dəstədir.
Trend xəbərverir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibridtəhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid NamazovKomissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar”mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kibercasusluqla məşğul olan APT29-unfəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatiknümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digərkritik sahələri hədəf almaqdan ibarətdir.
“İş metodlarına gəlincə isə, bir çox üsullardan, kibermüdaxiləalətlərindən istifadə edirlər. Onlardan biri də uzun müddət öncədənhədəfin sistemlərinə daxil olaraq, orada möhkəmlənmək və lazım olananda hərəkətə keçməkdən ibarətdir. Məhz tətbiq etdikləri bu metodvə siyasi məqsəd daşıyan motivləri onları digər kibercinayətkarqruplardan fərqləndirir.
Beləliklə, APT29 adlı kibercasus qrupu bu il fevralın 20-dəaraşdırmalara görə, təxminən 2-3 il idi ki, sistemlərində gizlicəfəaliyyət göstərdikləri media resurslarını tam ələ keçirirlər.Tərəfimizdən aparılan kiberpsixologiya təhlilləri nəticəsindəhücumun motivinin də haradan qaynaqlandığı aydın olur.
Motiv - fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatıolmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçünfəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi –“Rus Evi” və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən"Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi idi.Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxiləhadisəsi baş verib”, - deyə R.Namazov qeyd edib.