AZ

Rüfət Mahmud: Beynəlxalq Xalça Festivalının “İçərişəhər”də keçirilməsinin çox böyük önəmi var

Bakı, 2 may, AZƏRTAC

Bu festivalın “İçərişəhər”də keçirilməsi çox böyük əhəmiyyət daşıyır. On görə ki, bu qədim məkanın xalçaçılıqla bağlı çox zəngin tarixi təcrübəsi var və İçərişəhərin sakinlərin adından bütün qonaqları öncədən salamlayıram.

AZƏRTAC xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda "Xalçaçılıqda ənənələr və yeniliklər" forumu çərçivəsində deyib.

“Bu gün festival çərçivəsində müxtəlif beynəlxalq və yerli sənətşünaslar bir araya gətirilib. Keçirilən festival təkcə zəngin yaradıcılıq nümunələrinin nümayişi deyil, eyni zamanda müxtəlif xalqlar arasında sənət və təcrübə mübadiləsi üçün əhəmiyyətli bir platformadır. Ümid edirəm ki, qonaqlar - həm yerli qonaqlarımız, həm xaricdən gələn qonaqlarımız razı qalacaq. Çünki çox zəngin proqramımız var və çox fərqli bu festivala şahidlik edəcəyik. İki gün ərzində İçərişəhərin müxtəlif məkanlarında həm uşaqlar, həm böyüklər, həm xarici qonaqlar üçün müxtəlif əyləncəli proqramlarımız olacaq”, - deyə Rüfət Mahmud əlavə edib.

Seçilən
0
azertag.az

1Mənbələr