ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, Amerikada dövlət qulluqçuları büdcə vəsaitlərini əyləncələr üçün dəbdəbəli otellərin kirayəsi üçün xərcləyiblər.
Publika.az xəbər verir ki, Mask bu barədə “Fox News” kanalının efirində bildirib.
"Onlar mahiyyət etibarı ilə vergi ödəyicilərinin pulu ilə ziyafətlər təşkil edirdilər. Dövlət məmurları, adətən kiçik oğurluqlarla başlayırlar. Lakin ildən-ilə, heç kim onların fırıldaqlarına son qoymasa, daha da həyasızlaşırlar və daha çox oğurluq edirlər”, - Mask deyib.
DOGE əməkdaşlarından biri deyib ki, departament büdcədən pul götürməzdən əvvəl dövlət işçilərindən qəbz təqdim etməyi tələb edən yeni qayda tətbiq edib. Şöbə əməkdaşının qeyd etdiyi kimi, bundan sonra “heç kim pul götürməyib”.
Başqa bir agentlik rəsmisi, Maskın ABŞ-da ən yaşlı adamın 114 yaşının olduğunu qeyd etməsinə baxmayaraq, Kiçik Sahibkarlığa Dəstək şöbəsi 120 yaşdan yuxarı insanlara kreditlər verib.