Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşına zorakılıq etməkdə ittiham olunur.
Modern.az xəbər verir ki, Məzahir Pənahovun gəlini Haqqın.az-a əri tərəfindən məruz qaldığı şiddətlə bağlı şikayət edib.
Qeyd edilib ki, zorakılıq ABŞ ərazisində törədilib və şiddətə məruz qalan qadın Azərbaycana qaçaraq həyatını xilas edib.
Məqalədə bildirlib ki, MSK sədri oğlu Məhəmməd üçün Hollivud ulduzlarının yaşadığı ən bahalı ərazidən villa alıb və cütlük orada yaşayırmış. Oğlu içki aludəçisi olduğu üçün arvadını döyüb, hətta qadın hamilə olarkən aldığı zərbələrdən uşağını itirib. MSK sədrinin gəlini canını güclə qurtararaq Bakıya qaçıb. İndi də əri boşanmamaq üçün hədə-qorxu gəlir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta