AZ

Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq


ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus brifinqdə bildirib ki, ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmaqdan çəkilir və hesab edir ki, Moskva və Kiyev indi birbaşa sülh danışıqları aparmalıdır. Dövlət Departamentinin sözçüsüdeyib:-"Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın bir tərəfindən o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır". Temmi Bryus əlavə edib ki, ABŞ sülhə nail olmaq üçün səylərini davam etdirəcək, lakin müharibənin nəticəsi əsasən Rusiya və Ukraynanın konkret ideyalarından asılı olacaq. Öz növbəsində ABŞ dövlət katibi Marko Rubio da “Fox News” telekanalına müsahibəsində bildirib ki, Rusiya və Ukraynanın mövqeləri hələ də bir-birindən uzaqdır və ABŞ münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdlərindən əl çəkmir. O vurğulayıb ki, bundan sonrakı proseslərlə bağlı qərarı prezident Donald Tramp verəcək.

Surxay Əliyev

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr