AZ

Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”


İsrailin Fələstin anklavı Qəzzanı blokadadan çıxarmaq istəyərkən Qəzza sahillərində “Azadlıq Donanması”na məxsus gəmi İsrailə məxsus pilotsuz uçauş aparatının hücumuna məruz qalıb. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.PUA-nın zərbəsi gəmidə yanğına səbəb olub. Telekanal xəbər verir ki, ekipaj qəza siqnalı göndərib və siqnala Kipr Hərbi Dəniz Qüvvələri cavab verib. Onun sözlərinə görə, gəmi hazırda Malta sahillərində beynəlxalq sularda lövbər salıb. Ötən həftə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi İsrailin martın 2-dən etibarən Qəzza zolağındakı ağır vəziyyətə diqqət çəkib. Agentliyin Baş Komissarı Filip Lazzarini isə X sosial hesabında “aclıq”,”ümidsizlik” ifadələrini yazıb.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr