AZ

Şimal-Cənub Nəqliyyat Dəhlizi Avrasiya regionunu birləşdirən nəqliyyat arteriyasıdır- ÖZƏL

"Azərbaycan və İran arasında münasibətlər əsrlərlə davam edən tarixi, dini və mədəni bağlara əsaslanır. Coğrafi yaxınlıq, ortaq tarix və qarşılıqlı iqtisadi maraqlar iki ölkəni daim bir-birinə yaxın etmişdir. Bu gün isə Azərbaycan və İran münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyaraq, gələcəyə doğru müsbət və parlaq bir yola davam edirlər". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "İran, Azərbaycanın 1991-ci ildə müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Bu dövrdən başlayaraq iki ölkə arasında diplomatik münasibətlər qurulmuş və müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etmişdir. Son illərdə dövlət başçılarının və nazirlərin qarşılıqlı səfərləri, ortaq komissiyaların fəaliyyəti və imzalanan sazişlər bu münasibətlərin möhkəmlənməsinə səbəb olmuşdur.

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq əsasən ticarət, enerji və nəqliyyat sahələrini əhatə edir. İki ölkə arasında sərhədyanı ticarət məntəqələri fəaliyyət göstərir. Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi isə İran, Azərbaycan və daha geniş Avrasiya regionunu birləşdirən mühüm nəqliyyat arteriyasıdır. Bu dəhliz gələcəkdə iqtisadi əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr