AZ

Azərbaycan Zəfər qürurlu bir dövlətdir- ÖZƏL

"Azərbaycanın müstəqilliyini bərpa etməsi həm qonşu, həm də dünya dövlətləri ilə iqtisadi, o cümlədən xarici ticarət əlaqələrini qurmağa imkan verdi. İndi Azərbaycan 180 ölkə ilə ticarət əlaqələri olan, qlobal layihələrdə fəal İştirak edən, beynəlxalq dəhlizlərdə əsas qovşaq rolu oynayan və nəhayət, regionun əsas iqtisadi güc və siyasi söz sahibi sayılan Zəfər qürurlu bir dövlətdir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədri  Təvəkkül Əliyev  deyib: "Bu tendensiya region dövlətləri ilə münasibətdə də özünü qabarıq şəkildə büruzə verir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri ölkəmizin, eləcə də regionun maraqları baxımından müsbət strateji  əməkdaşlıq üfüqləri vəd edir. Səfər öncəsi Azərbaycan Televiziyasına və İranın İRNA agentliyinə müsahibə verərkən İran hökumətinin başçısı da öz növbəsində ikitərəfli əlaqələrin inkişafına dair açıqlamasında ölkələr arasında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs edərək sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq etməyin zəruriliyindən bəhs edib. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini  ənənəvi olaraq dəstəkləyirlər. Bu məsələ Azərbaycan və İran prezidentlərinin görüşü zamanı da gündəmə gəldi. Azərbaycan Prezidenti vurğuladı ki, bu barədə də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr