Bakı. Trend:
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumçərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər mediamüstəvisində” adlı panel sessiya keçirilib.
Trend xəbər verirki, Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiriSəidə Şəfiyevanın moderatorluq etdiyi paneldə Baş Dövlət Yol Polisiİdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC,həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətlinümayəndələri spiker qismində çıxış ediblər.
Panel sessiya zamanı nəqliyyat sektorunda davamlı inkişafa yönələntəşəbbüslərin ictimaiyyətə düzgün və effektiv şəkildə çatdırılması,media qurumları ilə aidiyyəti dövlət orqanları arasında informasiyamübadiləsinin gücləndirilməsi və ictimai kommunikasiyanıninstitusional əsaslarla inkişaf etdirilməsi müzakirə olunub.
Sessiyada nəqliyyat infrastrukturunda ekoloji davamlılığın təminedilməsi, ictimai nəqliyyatda təhlükəsizlik və xidmət keyfiyyətininartırılması, habelə yol hərəkəti iştirakçılarınınmaarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədəgeniş məlumat verilib. Çıxışlar zamanı qeyd olunub ki, müasirinformasiya mühitində bu təşəbbüslərin media vasitəsilə cəmiyyətədolğun və şəffaf şəkildə çatdırılması ictimai rəyin formalaşmasındamühüm rol oynayır.
Qeyd edək ki, panel müzakirənin sonunda sual-cavab sessiyasıkeçirilib.