AZ

Qərbi Azərbaycan ədəbi mühiti məzmununun təbliği və önə çıxarılması Qərbi Azərbaycana qayıdış məqsədlərinə çatmağa dəstəkdir


02 may 2025

Hazırda əhəmiyyətli məsələlərdən biri Qərbi Azərbaycan mədəni mühitinin audiovizual həlli və rəqəmsal təbliğidir. Burada  məqsəd Qərbi Azərbaycan ədəbi və mədəni mühitinin təbliği, ədəbi nümunələrin geniş auditoriyaya müasir yaradıcı və innovativ üsullarla çatdırılmasıdır. Bu fikri bizimlə söhbətdə "Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev qeyd etdi. Nurəddin Mehdiyev bildirdi ki, Hazırki dövrdə, Qərbi Azərbaycan ədəbi mühitinin təbliği aşağıdakı əsas məqsəd və  missiyanı daşıyır:  Azərbaycanlıların öz tarixi vətənləri və doğma yurdları olan Qərbi Azərbaycana qayıdışını bu əsərlərdəki nümunələrlə dəstəkləmək, Qərbi Azərbaycanı təmsil edən yaradıcı şəxsləri tanıtmaq, Qərbi Azərbaycanının xalq sənətkarlığı nümunələri, folklor,  aşıq sənəti nümunlərində və əsərlərdə qeyd olunan doğma yurd, tarixi və mədəni irs mövzularını önə çıxarmaq, bu mövzuda yazılan əsərləri təbliği, yerli və xarici auditoriya üçün  rəqəmsal vasitələrlə daha əlçatan edilməsi, Qərbi Azərbaycanı təmsil edən yaradıcı şəxslər haqqında məlumatları, əsərləri, xüsusən tarixi vətən mövzularını müasir audiovizual həllərlə hazırlanması, Qərbi Azərbaycan ədəbi və mədəni mühiti nümunələrinin təbliğini populyar yaradıcı resurslar, sosial media vasitəsilə həyata keçirmək, müxtəlif müəlliflərin əsərlərini yalnız Azərbaycan dilində deyil, həmçinin Türkiyə türkcəsi, ingilis və rus dillərində rəqəmsal platformalara yerləşdirilməsi, mümkün qədər daha çox dildə materiallar hazırlamaq,Yerli və diaspora auditoriyasının Qərbi Azərbaycan mövzusunda mədəni sosial fəallığın artırılması,mövzunun beynəlxalq aləmdə aktuallaşdırmaq. 
Qərbi Azərbaycan ədəbi və mədəni mühitini təbliğ etməklə azərbaycanlıların öz tarixi və doğma yurdlarına qayıdışı məqsədi dəstəklənəcək, bu əsərlər və yaradıcı şəxslər geniş təbliğ olunacaq. Bu əsərlərdə, yaradıcı şəxslərin həyatında tarixi vətəni və doğma yurdu ifadə edən onlarla məzmunlar var. Bu məzmunların önə çıxarılması Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdış məqsədlərinə çatmasına dəstək olacaq. 
"Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyi
 
 


Seçilən
0
7news.az

1Mənbələr