
Fransa “Vətənpərvərlər” partiyasının lideri Floryan Filippoya görə, Avropa İttifaqı Ukraynadakı münaqişənin həllini istəmir. O, bu fikrini “Fransa-Rusiya dialoqu” platformasında bildirib. Filippoya görə, Rusiya ilə Aİ arasında hər hansı danışıqlar mümkün deyil:“Avropa İttifaqı danışıqlar aparmaq istəmir, buna görə də onunla dialoq mümkün deyil. Təəssüf ki, Fransa artıq uzun müddətdir ki, Avropa sisteminin girovuna çevrilib və müharibə gündəminə uyğun hərəkət edir”, – deyə o qeyd edib.O, eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenskinin də münaqişənin davam etməsində maraqlı olduğunu bildirib. Filippoya görə, bu, Zelenskinin hakimiyyətdə qalmasının əsas şərtidir. Partiya lideri onu manipulyasiyalara açıq bir siyasətçi kimi xarakterizə edib və razılaşmadan imtinasını sülh prosesi ilə uyğun olmadığını vurğulayıb.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Yaddaş və Diqqəti Gücləndirən Elmi Sübutlu Metod: Aerobik Fiziki Fəaliyyət