Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimaiBirliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsindəpaytaxt rayonlarında mövcud çatışmazlıqların aradan qaldırılmasınayönəlmiş birgə reydlər davam edir.
Trend xəbərverir ki, qısa müddət ərzində yerli İcra qurumlarının əməkdaşlarıvə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindənpaytaxtın bir sıra rayonlarında səkilərin, buradakı ağacların vəyaşıllıqların vəziyyəti monitorinq edilib, qurumuş və ya güclükülək, digər təbii səbəblərdən sınan, zədələnən ağaclar müəyyənedilib və həmin ağacların yerinə yeni ağacların əkilməsi qəraraalınıb.
Qeyd edilənlərlə əlaqədar “Regional İnkişaf” İctimai Birliyininkönüllüləri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyininəməkdaşları ilə birgə paytaxtın müxtəlif rayonunlarında küçələrboyunca zədələnən ağacların yerinə yeni ağac əkilməsi ilə bağlıaksiya keçiriblər. Zədələnən 100-dən çox ağacların kök hissəsiçıxarılıb, yerində yeni ağaclar əkilərək onlara aqrotexniki qulluqgöstərilib. Bu ağaclara gələcəkdə qulluq göstərilməsi vəsuvarılması üçün cavabdehlər müəyyən edilib.
Bu işlər digər ərazilərdə də davam etdiriləcəkdir.