AZ

Cənubi Qafqazda regional təhlükəsizlik məsələsi önəmli rol oynayır- ÖZƏL

"Azərbaycan və İran xalqları əsrlər boyu mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar. Bu gün dövlətlərarası münasibətlər də məhz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana rəsmi səfər etməsi də əlaqələrin yüksək səviyyədə olmasının mühüm göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Səfər zamanı Azərbaycan və İran Prezidentlərinin apardıqları danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər müzakirə edilib, Azərbaycan-İran strateji münasibətləri bir daha təsdiqlənib. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ənənəvi olaraq dəstəkləyirlər. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında da qeyd olunduğu kimi, istər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim ölkələrimizin nümayəndələri bir-birinin yanındadırlar. Ölkələrimiz bu gün geniş gündəlik əsasında fəaliyyət göstərirlər. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Əminliklə demək olar ki, qəbul edilmiş qərarlar Azərbaycan-İran əlaqələrini uzun illər bundan sonra da yüksələn xətlə aparacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr