AZ

Abel Məhərrəmov təltif olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.

Modern.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi üzvü Abel Məhərrəmova “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı təqdim olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Azərbaycan-Rusiya elmi əlaqələri tarixi ənənələrə malikdir və bu əməkdaşlıq Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası arasında imzalanmış müqavilələrlə dəstəklənir. Akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə akademiyalar arasında əməkdaşlıq daha da genişlənib, birgə elmi layihələr həyata keçirilib, Rusiya Elmlər Akademiyası ilə yol xəritəsi imzalanıb.

Daha sonra tədbirdə iştirak edən Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşini təqdim edib və onun elmi fəaliyyəti haqda məlumat verib.

İclasda çıxış edən REA-nın vitse-prezidenti akademik Sergey Aldoşin qonaqpərvərliyə görə minnətdarlığını bildirib və akademik Gennadi Krasnikovun salamlarını çatdırıb. Akademik Sergey Aldoşin AMEA ilə Rusiya Elmlər Akademiyası arasında mövcud əməkdaşlıq əlaqələrinə toxunub, müstəqillik illərində birlikdə bir çox layihələrin həyata keçirildiyini, tədqiqatların aparıldığını söyləyib. O, akademik Abel Məhərrəmovun kimya sahəsindəki nailiyyətlərinin elm xadimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalını ona təqdim edib.

Sonra çıxış edən akademik Abel Məhərrəmov təltif edilməsi münasibətilə Rusiya Elmlər Akademiyasının rəhbərliyinə, eləcə də bugünkü tədbirə görə AMEA prezidentinə minnətdarlığını bildirib.

Daha sonra iclasda elmi-təşkilati məsələlər müzakirə olunub.

Seçilən
0
14
modern.az

10Mənbələr