AZ

Ötən il aktiv mikrokredit portfelinin qalıq həcmi 1.5 mlrd. manat təşkil edib

2024-cü ilin sonuna banklar tərəfindən hüquqi şəxslər və fərdi sahibkarlara verilmiş aktiv mikrokredit portfelinin qalıq həcmi 1.5 mlrd. manat təşkil edib.

FED.az bu barədə AMB-nin “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədinə istinadən xəbər verir.

Banklar tərəfindən verilmiş mikrokredit portfeli üzrə qalıq həcmin cəmi biznes krediti portfelində payı 9.9% təşkil edir. Banklar tərəfindən ümumilikdə 280,221 mikrokredit verilib ki, kreditlərin say etibarilə 96%-i fərdi sahibkarlara təqdim olunub.

Mikrokredit seqmenti üzrə qalıq portfelin təqribən 84%-i 5 bankın payına düşüb.

Seçilən
0
fed.az

1Mənbələr