AZ

ABŞ-dən Rusiya və Ukraynaya mesaj: Bizim başqa işlərimiz də var

BAKI, 2 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın səyləri sayəsində Ukrayna və Rusiyanın sülh prosesi ilə bağlı mövqeləri bir az da yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi xatırladıb ki, Ukraynada genişmiqyaslı müharibə Co Bayden Ağ Evdə olarkən başlayıb.

Onun sözlərinə görə, Ukrayna və Rusiyanın mövqeləri indi bir qədər yaxınlaşsa da hələ də bir-birindən uzaqdır.

Rubio vurğulayıb ki, Donald Tramp sülh prosesində real irəliləyişə nail olmaq üçün nə qədər vaxt sərf edə biləcəyinə qərar verəcək, çünki dünyada başqa mühüm məsələlər də var.

“Tezliklə müəyyən irəliləyiş olmalıdır, əks halda prezident qərar verməli olacaq”, - o əlavə edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr