AZ

2025-ci ildə 20-dən çox müasir təyyarə donanmaya əlavə olunacaq -AZAL

2025-ci ildə 20-dən çox müasir təyyarə donanmaya əlavə olunacaq.

“İki sahil” xəbər verir ki, bunu AZAL-ın Daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyasında çıxışı zamanı deyib.

"2024-cü ildə 63 istiqamətdə 4 milyondan çox sərnişinə xidmət göstərib. Bu rekord göstəricidir.

2025-ci ildə 20-dən çox müasir təyyarənin donanmaya əlavə olunması nəzərdə tutulur", - o qeyd edib.

F.Hüseynov əlavə edib ki, bütün aviaşirkətlərdə olduğu kimi, AZAL-da da müəyən gecikmə və yubanma halları olur:

“İctimaiyyətdə yaran məlumat boşluğu və yayılan dezinformasiyaların aradan qaldırılması istiqamətində tədbirlər görürük”.

Seçilən
0
1
ikisahil.az

2Mənbələr