Olaylar.az xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, guya yaradılmış istintaq komissiyasının məqsədi təkcə "Milli Hərəkat"ı yox etmək deyil, həm də gürcü xalqının genetik kodunu dəyişməkdir.
"Onlar mənə və Gürcüstana qarşı ittihamlar irəli sürmək üçün Haaqa Məhkəməsində iş başladıb, komissiya yaradıblar. İndi də eyni şeyi daxildən etməyə çalışırlar. Cinayətkarları, oğruları tam reabilitasiya etdilər. Apresidze ailəsini qurban kimi təqdim edirlər. Halbuki onlar adam öldürüb, zorlayıb, əmlakları əlindən alıblar. Biz onları Svanetidən çıxarmasaydıq, orada nə inkişaf, nə turizm, nə də gəlir olardı. İndi isə layihələri, o cümlədən Svanetidə tunel və Tetnuldi kurortu layihəsini dayandırıblar," - deyə Saakaşvili bildirib.
O yaradılan qurumu "komissiya yox, kriminal, prorus və korrupsioner qüvvələrin əks-inqilabı" adlandırıb.