Azərbaycan həm MDB, həm də türk dövlətləri arasında yol qəzalarında ölüm və xəsarət hallarının ən az olduğu ikinci ölkədir...
“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
Onun sözlərinə görə, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi istiqamətində qabaqcıl və ardıcıl işlər görülməkdədir: “Artıq cəmiyyətdə yol mədəniyyətinin formalaşdığını rahatlıqla deyə bilərik".
Şöbə rəisi DYP ilə medianın bu istiqamətdə birgə fəaliyyətinə toxunub:
“Media bu istiqamətdə bizə çox böyük dəstək nümayiş etdirir. Ən adi nümunə çəkim, on il əvvəl cəmiyyətdə avtoxuliqanlıq qəhrəmanlıq kimi görünürdüsə, medianın gücü ilə artıq bunun tam əksi baş verir”.
Poliqon.info