AZ

Bakı Xoreoqrafiya Məktəbinin tələbələri Ankarada Beynəlxalq festivalda iştirak ediblər

Ankarada Hacettepe Universitetinin Dövlət Konservatoriyasının Konsert Salonunda Türk Dünyası Dövlət Balet Məktəblərinin Beynəlxalq festivalı keçirilib.

“Report”un Ankara bürosunun xəbərinə görə, festivalı çərçivəsində Dünya Rəqs Günü müasir və xalq rəqslərinin bir araya gəldiyi xüsusi gecə ilə qeyd olunub.

Beynəlxalq festivala Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən gənc istedadların mədəniyyətlərlə rəqsin qovuşdurduğu tamaşaları nümayiş olunub.

Türk Dünyası və Türkiyədən seçilən konservatoriya və xoreoqrafiya məktəblərinin yer aldığı festivalda Azərbaycanı Bakı Xoreoqrafiya Akademiyasının istedadlı tələbələri təmsil edib.

Qala konsertində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev çıxışı edərək bildirib ki, sənət birləşdirici gücdür və türk dünyasının zəngin mədəni irsi olan balet sənəti bu birləşdircilikdə mühüm rol oynayır.

Qeyd edək ki, türk dünyasının aparıcı balet məktəblərini bir araya gətirən Beynəlxalq Türk Dünyası Dövlət Balet Məktəbləri Ankara Festivalı 28 aprel - 2 may 2025-ci il tarixlərini əhatə edir.

Seçilən
0
report.az

1Mənbələr