AZ

Növbəti beş ildə iyirmidən çox yeni təyyarənin tədarükü planlaşdırılır

BAKI, 2 may. TELEQRAF

Növbəti 5 ildə 20-dən çox yeni təyyarənin tədarükü planlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (Azal) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forumun panel müzakirələrində deyib.

"2030-cü ilə qədər aviaşirkət öz donanmasının yenilənməsi üçün 20-dən çox təyyarənin tədarükünü planlaşdırır. Bu təyyarələr daha qənaətcil hesab olunur və bununla dayanıqlı inkişafa töhfə vermiş olacaq", - F. Hüseynov qeyd edib.

O bildirib ki, AZAL ötən il 4 milyondan çox sərnişinə xidmət göstərib.

Seçilən
0
teleqraf.com

1Mənbələr