2025-ci ilin mart ayında ixracda əsas yer tutan, qeyri-neft məhsulları siyahısına daxil olan qızıl ixracının gəlirlərində nəzərəçarpacaq artım müşahidə edilib.
Valyuta.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, bu il Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixracı həyata keçirib.
Ötən ilin eyni dövründə bu göstərici 11,7 milyon ABŞ dolları təşkil edib. Bu isə ixrac gəlirində ciddi artım olduğunu göstərir.
Hesablamalara əsasən, qızıl ixracından əldə olunan gəlir 13,3 milyon ABŞ dolları artıb və bu, təxminən 2,14 dəfə artım deməkdir.
Sərvanə Rəmixanova