
🧬 20 yaşda orqanizm çox şeyi “bağışlayır”: sürətli metabolizm hətta yuxuda belə kalori yandırır. Amma bu, fastfudla həddən artıq qidalanmaq üçün bəhanə deyil. Ən yaxşısı – enerjini zülallar və mürəkkəb karbohidratlarla yükləməkdir ki, həm sağlam qalasınız, həm də forma pozulmasın.⏳ 30 yaşdan sonra bədən dəyişməyə başlayır: metabolizm yavaşlayır, əzələlər tonusunu itirir. Bu yaşda tərəvəzlərə, lifli qidalara üstünlük vermək, şəkəri azaltmaq və müntəzəm idmanı həyatınıza daxil etmək vacibdir.⚖️ 40 yaşdan etibarən hormonlar sizin əleyhinizə işləyə bilər — yağlar daha inadkar yığılır, stress sizi şirniyyata çəkir. Bu dövrdə az yağlı zülal, tam taxıllar və faydalı bitki yağları köməyə gəlir. Gücləndirici məşqlər və kardio artıq qaçılmazdır.💧 Su hər yaşda vacibdir — metabolizmi sürətləndirir və aclıq hissini azaldır. Və keyfiyyətli yuxu – gizli silahınızdır: yuxusuzluq çox zaman artıq yeməyə səbəb olur.🍫 20 yaşda bəzən özünüzü “zərərli yeməklərlə” sevindirmək olar, əsas odur ki, hərəkətsiz qalmayasınız.🥗 30 yaşdan sonra sərt pəhrizləri unudun – bunlar yalnız metabolizmi daha da zəiflədir. Ən yaxşı yol – az-az, tez-tez yemək (drobnoe pitanie).💊 40 yaşdan yuxarı vitamin səviyyələrinə nəzarət edin — onların çatışmazlığı bütün əziyyətlərinizi puç edə bilər. Və motivasiya – hər şeydən önəmlidir. Məqsədiniz yalnız “arıqlamaq” deyil, sağlamlıq və yaxşı əhval-ruhiyyə olmalıdır. O zaman nəticə özü gələcək.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Müğənni Günəş estetik cərrahdan şikayətçidir: Çılpaq fotolarımı yayımladı - VİDEO
Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyin edilib
Yaddaş və Diqqəti Gücləndirən Elmi Sübutlu Metod: Aerobik Fiziki Fəaliyyət