AZ

DYP rəsmisi: “Əvvəllər qayda pozuntusu törədənləri qəhrəman kimi qəbul edirdilər”

"Əvvəllər yolda qayda pozuntuları ilə bağlı polis əməkdaşları sürücülərlə birbaşa ünsiyyət qururdularsa, bu gün rəqəmsallaşma sayəsində buna ehtiyac qalmır. Sürücü-polis dialoqu minimuma endirildi". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev "Nəqliyyat İnfrastrukturunda davamlı həllər media müstəvisində" keçirilən panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir müddət öncə cəmiyyətdə qayda pozuntusu törədənlər bir qəhrəman qəbul edilirdi. Lakin medianın hadisələri düzgün şəkildə işıqlandırması yanaşmanı dəyişdi: 

"İnsanlar artıq o əməldən yayınmağa və qaçmağa başladılar. Fikir versək, görərik ki, qəzalar üzrə ölüm sayları azalma tempi üzrə davam edir. Media sayəsində cəmiyyətdə yol mədəniyyətini formalaşdıra bildik. Yol nəqliyyat hadisələrinin mediada mütəmadi olaraq işıqlandırılmasının tərəfdarıyıq. Medianın gücünü görürük. Sürücülər, insanlar artıq sürət həddi ilə bağlı dəqiq məlumata sahib olurlar və ehtiyatlı davranırlar".

Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr