"Qalatasaray" sabah Türkiyə Super Liqasında növbəti matçını keçirəcək.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" 15-ci yerdə qərarlaşan "Sivasspor"u qəbul edəcək. İstanbul təmsilçisində bu qarşılaşmada 3 oyunçu sarı vərəqə ilə cəzalanarsa, növbəti turdakı "Trabzonspor"la görüşü qaçırmalı olacaq.

Bu futbolçular - Viktor Osimhen, Davinson Sançes və Qabriel Saradır.

Əlavə edək ki, "Qalatasaray" Super Liqada son 5 tura ən yaxın rəqibi "Fənərbağça"nın 5 xal önündə lider girir.