İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə Prezident Sarayı yaxınlığındakı hədəfə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası “KAN” məlumat yayıb.
İsrail ordusundan verilən açıqlamada druz qruplarının Suriya hökumətinə bağlı təhlükəsizlik qüvvələrinə qarşı hücumları ilə başlayan qarşıdurmalara toxunulub:
"Dəməşqdə Prezident Sarayı yaxınlığındakı bir hədəfə hücum həyata keçirdik. Druzlara qarşı hər hansı təhdidlərə icazə verməyəcəyik".