AFFA İntizam Komitəsi 2-ci liqada mübarizə aparan "Qusar"ın futbolçusu Orxan Qurbanlını cəzalandırıb.
QOL.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
İntizam Komitəsinin bugünkü iclasında 29 yaşlı yarımmüdafiəçi ilə əlaqədar qərar qəbul edilib.
Qərarda bildirilib ki, 30.04.2025-ci il tarixində 2-ci liqada 23-cü tur çərçivəsində keçirilən “Göygöl” – “Qusar” oyununun 90-cı dəqiqəsində “Qusar”ın 21 nömrəli futbolçusu Orxan Qurbanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Qusar” isə 300 manat cərimə edilib.
Qeyd edək ki, O.Qurbanlı 2023-cü ilin sentyabr ayından "Qusar"ın formasını geyinir.