AZ

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu finala yüksəlib, digəri bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

"Report"un məlumatına görə, Balabəy Ağayev (60 kq) həlledici görüşə vəsiqə qazanıb.

O, qızıl medal uğrunda görüşdə yerli cüdoçu Mehrzod Sufiyevlə üz-üzə gələcək.

Yaşar Nəcəfov (66 kq) isə yarımfinal məğlub olub.

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.

Seçilən
0
2
report.az

3Mənbələr