Bakı. Trend:
Ərzaqlıq pilot layihəsi çərçivəsində quraşdırılan müasir suvarmasistemlərinin maliyyələşdirilməsi üçün banklar tərəfindən ayrılankreditlərə agentlik tərəfindən 60%-ə kimi zəmanətlərin verilməsinəzərdə tutulub.
Trend xəbərverir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kreditşöbəsinin müdir müavini Emil Xasənmədov bu gün Bakıda IVAqrobiznesin İnkişafı Forumu çərçivəsində keçirilən dəyirmi masadadeyib.
"Aqrar sahənin kreditləşməsi istiqamətində müxtəlif çətinliklərmövcuddur. Son illər kredit qoyuluşları üzrə portfeldə aqrar sahəyəyönələn kreditlərin ümumi həcminə baxsaq, bu, çox kiçik məbləğtəşkil edir. Əsas çətinliklər aqrar sahəyə yönələn kreditlərinyüksək riskli olması ilə bağlıdır.
Bu istiqamətdə ayrılan kreditlər üzrə zəmanətin verilməsi, eynizamanda, faizlərin subsidiyalaşması mexanizmini tətbiq etmək olar.Agentlik olaraq bu istiqamətdə də mühüm tədbirlər görmüşük. Beləki, ərzaqlıq pilot layihəsi çərçivəsində quraşdırılan müasirsuvarma sistemlərinin maliyyələşdirilməsi üçün banklar tərəfindənayrılan kreditlərə agentlik tərəfindən 60%-ə kimi zəmanətlərinverilməsi nəzərdə tutulub.
Eyni zamanda həmin kreditlər üzrə faizlərin böyük hissəsininagentlik tərəfindən ödənilməsi də görəcəyimiz tədbirlərdə yeralıb.
Bundan əlavə, maliyyələşmədə olan digər problemlərdən biri dəmaliyyələşmənin vahid bir platforma üzərindən idarə olunmaması iləbağlıdır. Hazırda bu istiqamətdə işlərə başlamışıq", - o qeydedib.