AZ

ƏÜO-da növbəti buraxılış mərasimi keçirilib

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqihərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun başa çatmasımünasibətilə buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə əvvəlcəxalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizinmüstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanVətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər məzunlara Vətənə və hərbi anda sadiqolmağı, hərbçi şərəfini daim uca tutmağı tövsiyə edib, gələcəkxidmətlərində uğurlar arzulayıblar.

Məzunlar kurs müddətində qazandıqları bilikləri və praktikivərdişləri xidmətdə uğurla tətbiq edəcəklərinə, qarşıya qoyulantapşırıqları vicdanla yerinə yetirəcəklərinə və Vətən torpaqlarınılayiqincə qoruyacaqlarına söz veriblər.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kursbirincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin tribunaönündən təntənəli keçidi olub.

Məqalədə:
Seçilən
0
15
az.trend.az

10Mənbələr