AZ

Mask ABŞ rəsmilərini əyləncə üçün stadion icarəsinə büdcə vəsaiti xərcləməkdə ittiham edib

Amerikalı sahibkar İlon Mask "Fox News" telekanalına müsahibəsində bildirib ki, ABŞ rəsmiləri irimiqyaslı tədbirlərə, o cümlədən stadionların və Las Veqasda yerləşən "Caesar Palace" kompleksinin icarəsinə büdcə vəsaiti sərf ediblər...

Poliqon xəbər verir ki, Maskın sözlərinə görə, məmurlar vergi ödəyicilərinin hesabına əyləniblər, bu isə əvvəlcə kiçik pozuntulardan başlayıb.

"İldən-ilə, əgər dələduzluğun qarşısı alınmasa, o, daha da həyasızlaşır və nəticədə stadionların icarəsinə qədər gedib çıxır", deyə sahibkar vurğulayıb.

O əlavə edib ki, bu cür xərclər nəzarətsizlik səbəbindən sistemli problemə çevrilib.

1 may tarixində İlon Mask ABŞ Federal Ehtiyat Sisteminin (FES) xərclərinin yoxlanmasının vacibliyini bəyan edib. O, Vaşinqtondakı FES qərargahının baha başa gələn təmirini nümunə kimi göstərib.

Mask Amerika hökumətinin işinin səmərəliliyinin artırılması üzrə fəaliyyət göstərən quruma rəhbərlik edir. Aprelin 23-də məlum olub ki, o, may ayından etibarən bu fəaliyyətində iştirakını azaldacaq.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr