Bayırşəhər sakinləri bildirirlər ki, MKİS (jek) və Köçürülmə üzrə qəbul komissiyası tərəfindən onlara təzyiq göstərilir.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkələrdə Abdul Hüseynov ictimailəşdirib. O bildirib ki, sakinlərə evlərini tərk etmək üçün təzyiq göstərilir:
“Sakinlərə bildiriblər ki, gər yaşadıqları mənzili satmasalar və ya təklif edilən qiymətlə razılaşmasalar, kommunal xidmətlər (işıq, qaz, su) dayandırılacaq, evdə olmayanda isə evləri dağıdılacaq.
Maraqlıdır, ölkə vətəndaşlarına qarşı bu münasibət və bütün bu təhdidlər də yeni Baş Plana uyğundur?”.
Nigar İxtiyarqızı