AZ

İstanbul-Ankara marşrutu ilə hərəkət edən qatarlar texniki səbəblərə görə dayanıb

Türkiyədə İstanbul və Ankara şəhərləri arasında hərəkət edən sürətli qatarların hərəkəti texniki səbəblərdən dayanıb.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Dəmir Yolları sosial şəbəkələrdə məlumat yayıb.

“Kocaeli vilayətinin Yarımca stansiyasında elektrik təchizatında yaranan texniki problem səbəbindən İstanbuldan gedən və şəhərə gələn qatarların hərəkətində ləngimələr yaranıb”, - məlumatda bildirilir.

Mütəxəssislər artıq problemin həlli üzərində işləyirlər.

Bu arada sərnişinlər sosial şəbəkələrdə İstanbuldan Ankaraya gedən qatarlardan birinin Gebze stansiyasında azı bir saat dayandığını bildirirlər.

Seçilən
0
report.az

1Mənbələr